Şənbə, 04 May

İsrail Müdafiə Ordusu 400-dən çox "HƏMAS" yaraqlısını zərərsizləşdirib

image

Qəzza zolağında 400-dən çox HƏMƏS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlısı zərərsizləşdirilib, onlarla silahlı əsir götürülüb.

Xəbər verilir ki, bu barədə “i24” telekanalı İsrail Müdafiə Ordusunun nümayəndəsinə istinadən bildirib.

“Qəzzada 400-dən çox terrorçunu məhv etdik, onlarla terrorçu isə əsirliyimizdədir”, - telekanal mətbuat katibindən sitat gətirib.

Qeyd olunub ki, Kfar-Azda şiddətli döyüşlər gedir.

Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub. Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15